İranın Mazandaran vilayətinin məhkəməsi ölkədə baş verən iğtişaşların liderlərindən biri olduğu iddia edilən Arşia Takdastan barəsində ölüm hökmü çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.
Takdastanın 18 yaşı olduğu bildirilir.
Xatırladaq ki, İranda baş verən etiraz aksiyaları ilə bağlı ölkənin müxtəlif bölgələrində azı 6 nəfər edam cəzasına məhkum edilib.