Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var

Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

​DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. 

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

19:23

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

“Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

18:15

Şəmkirdə valyutadəyişmə məntəqəsində törədilən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, Şəmkir şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: