Zelenski Şolts ilə bu məsələləri müzakirə etdi

Zelenski Şolts ilə bu məsələləri müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə telefonla danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə olunub.

Həmçinin, Ukrayna ordusunun gücləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri üzrə də fikir mübadiləsi aparılıb.

“Almaniya kansleri Olaf Şolts ilə telefon danışığım oldu. Mən ona böyük müdafiə paketinə, o cümlədən də onlarla “Marder” və “Patriot” batareyasına görə təşəkkür etdim”, – deyə Zelenski teleqram hesabında bildirib.


Share: