“Sezercik” həbs olundu

“Sezercik” həbs olundu

“Yeşilçam”ın bir çox filmindəki “Sezercik” obrazıyla tanınan türkiyəli aktyor Sezer İnanoğlu həbs olunub.

Kulis.az xəbər verir ki, aktyor “fırıldaqçılıq” ittihamı ilə 5 il 9 ay azadlıqdan məhrum edilib.

İnanoğlu və anası bir neçə il əvvəl ev satmaq adı ilə bir qadını aldadıb. Bütün pulu ödəyən qadın daha sonra 20 min lirə daha ödəməli olduğunu öyrənib.

O, üzləşdiyi problemdən sonra prokurorluğa müraciət edib. Araşdırma zamanı imzanın həmin qadına aid olmadığı ortaya çıxıb. Nəticədə, Sezer və anasına “xüsusi fırıldaqçılıq” və “rəsmi sənədləri saxtalaşdırma” ittihamları ilə iddia qaldırılıb.

Anasının bundan əvvəl heç bir cinayət işi olmadığı üçün sərbəst buraxılsa da, Sezer həbs olunub. Saxlanılan tərəf apellyasiya məhkəməsinə müraciət edib.

Share: