Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir

Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir

Berlin Baş Prokurorluğu Almaniyanın maliyyə naziri və Azad Demokratik Partiyanın (Almaniyada hakim koalisiyaya daxil olan FDP –red.) sədri Kristian Lindnerin deputat toxunulmazlığının ləğvi ilə bağlı məsələ qaldırmaq imkanını nəzərdən keçirir.

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lindnerə qarşı xidməti vəzifəsindən şəxsi maraqları üçün istifadə etməkdə şübhəli bilinərək istintaqa başlamaq istəyir.

Söhbət nazirin Karlsruedəki özəl BBBank ilə mümkün əlaqələrindən gedir.

2022-ci ilin may ayında o, bankın 100 illiyi ilə bağlı tədbirə çıxışının videosunu göndərib, lakin Berlində fərdi ev almaq üçün bir il əvvəl eyni bankdan kredit götürdüyünü gizlədib. Üstəlik, daha sonra, 2022-ci ilin yayında Lindner BBBank-dan yeni bir kredit götürüb.

İstintaq bank üçün çəkilmiş video ilə Lindnerin artıq Maliyyə Nazirliyinin rəhbəri vəzifəsində olarkən götürdüyü ikinci krediti arasında əlaqənin olması qənaətinə gələrsə, nazirin hərəkətləri qanunsuz elan oluna bilər.

Eyni zamanda, sonradan istintaq məmura rüşvət verməkdə şübhəli bilinən bankın özünə qarşı da araşdırmaya başlaya bilər.

Mənbə: TASS

Share: