Britaniya monarxı III Çarlzın oğlu şahzadə Harri ailəsindən şikayət edib.
O bildirib ki, kral ailəsinin üzvləri kraliça II Elizabetlə vidalaşmaq üçün Şotlandiyanın Balmoral qəsrinə getdikləri zaman onu mindikləri təyyarəyə dəvət etməyiblər.
Şahzadə bu barədə ABŞ televiziya kanalı CBS-yə müsahibəsində deyib.
“Vindzor və Askot bölgəsində yaşayan kral ailəsinin bütün üzvləri 12 və ya 14, bəlkə də, 16 yerlik bir təyyarəyə birlikdə mindilər, məni dəvət etmədilər”, – deyə o qeyd edib.
Şahzadə Harrinin sözlərinə görə, o, Balmoral qəsrinə çatanda artıq kraliça vəfat edibmiş.
Mənbə: TASS