Uçuş zamanı təyyarənin qapısı açıldı: Sərnişinlərin papaqları hava boşluğuna uçdu

Uçuş zamanı təyyarənin qapısı açıldı: Sərnişinlərin papaqları hava boşluğuna uçdu

Yakutiyada “İrAero” şirkətinə məxsus təyyarə təcili olaraq eniş etməyə məcbur olub.

Maqandan Maqadana uçan təyyarənin uçuş zamanı qapısı açılıb.

Bir neçə kilometr hündürlükdə olduğu zaman “An-26-100” təyyarəsinin yük bölməsində olan və birbaşa salona aparan qapısı açılıb.

Xoşbəxtlikdən gəmidə olan 25 nəfər, o cümlədən ekipaj üzvləri xəsarət almayıb. Yalnız bəzilərinin başındakı papaqlar hava boşluğuna uçub.

Pilotlar təcili eniş ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: “Mash” “Telegram” 

 

Share: