Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat keçirir

Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat keçirir

Baş Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat tədbiri keçirir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat təsdiq edilib.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ağdam Musiqi Kolleci Ağdamın Quzanlı qəsəbəsində yerləşir.

Share: