Lerikdə yük avtomobili piyadanı vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonu Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.
Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.