Qax Dövlət Kukla Teatrının direktoru Seymur Vəliyevin əmək müqaviləsinə xitam verilib.
Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü lmaddəsinin 1-ci hissəsinə əsasən, müqavilə müddətinin qurtarması ilə əlaqədar Qax Dövlət Kukla Teatrının direktoru Seymur Namazəli oğlu Vəliyevin əmək müqaviləsinə 15.12.2022-ci il tarixindən xitam verilib.
Məlumat üçün qeyd edək ki, Seymur Vəliyev 28 iyun 2022-ci ildə Qax Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.