Türkiyənin ən çox baxılan “Yalı çapkını”nın baş rolunu canlandıran Mert Ramazan Demirin serialı tərk etdiyi iddia olunur.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddialara görə, Mert Ramazan Demir canlandırdığı Ferit Korhan obrazının 4 qadınla eşq yaşamasına əsəbiləşib.
Bu səbəbdən aktyorun serialdan ayrılmaq qərarına gəldiyi bildirilir.
Qeyd edək ki, ilk bölümü 23 sentyabr 2022-ci ildə yayımlanan “Yalı çapkını” “OGM Pictures” tərəfindən çəkilir. Serialda baş rolları Afra Saracoğlu, Mert Ramazan Demir və Çetin Tekindor oynayır.