Rusiya Soledara nəzarəti ələ keçirdiyini açıqladı — Yenilənib

Rusiya Soledara nəzarəti ələ keçirdiyini açıqladı — Yenilənib

14:55

Rusiya ordusu Donetsk vilayətinin Soledar şəhərinə nəzarəti ələ keçirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Rusiya ordusu yanvarın 12-si axşam saatlarında şəhərə nəzarəti ələ keçirib.

Qeyd olunur ki, Soledar şəhərinə nəzarətin ələ keçirilməsi Baxmut şəhərində olan ukraynalı hərbçilərin təchizat yollarını kəsməyə imkan yaradır.

16:22

Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qruplaşmanasının sözçüsü Sergey Çerevatıy Soledar şəhərinin Rusiya ordusunun nəzarəti altına keçməsi barədə məlumatı təkzib edib:

“Bu məlumat həqiqətə uyğun deyil. Şəhərdə döyüşlər davam edir”.

 


Share: