“Jeep” ilk dəfə Avropada ilin avtomobili seçildi

“Jeep” ilk dəfə Avropada ilin avtomobili seçildi

“İlin avtomobili” Avropa müsabiqəsinin təşkilat komitəsi Brüssel avtosalonunda münsiflər heyətinin səsverməsinin nəticələrini açıqlayıb.

Məlumata görə, “Jeep Avenger” yığcam krossoveri Avropada 2023-cü ilin avtomobili kimi tanınıb.

Münsiflər heyətinin 57 üzvünün səsverməsinin nəticələrinə əsasən, “Avenger” 328 bal toplayıb. İkinci yeri “Volkswagen ID.Buzz” elektrik krossoveri, üçüncü yeri “Nissan Ariya” tutub.

Onun ardınca “Kia Niro”, “Renault Austral” və “Peugeot 408” gəlir. Yeddinci yerdə “Subaru Solterra” və “Toyota bZ4X” qərarlaşıb.

Qeyd edək ki, İlin avtomobilinin münsiflər heyəti 22 Avropa ölkəsini təmsil edən 57 avtomobil jurnalistindən ibarətdir. 2023-cü ildə müsabiqənin 60 illiyi tamam olacaq.

Mənbə: gazeta.ru

Share: