Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin hansı şərtlərdə güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu açıqlayıb.
DƏMX-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu, Əmək Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir.
Məcəlləyə əsasən, mütəxəssislər aşağıdakı güzəştləri əldə edirlər:
– Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;
– Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;
– Mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda.