Ceyhun Bayramov Lavrovla bu məsələləri müzakirə etdi

Ceyhun Bayramov Lavrovla bu məsələləri müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli və regional məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Tərəflər eyni zamanda, Laçın yolundakı vəziyyəti də müzakirə edib.

Həmçinin, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas tərəfləri də danışılıb.


Share: