Tərtər rayonunda hamilə qadın evdə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hüsənli kəndində qeydə alınıb.
1995-ci il təvəllüdlü Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.
O, 30 həftəlik hamilə olub və hadisə zamanı döl də tələf olub.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət