Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq uzun müddət davam edən “30-cu illər” repressiyasıdır. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdi. Məhv olunanlar arasında Azərbaycanın görkəmli aydınlarının ocağı söndü. Onların başlarına olmazın hadisələri gətirildi, güllələnənlə, təcavüz olunanlar, əzabla öldürülənlər və sair. Bir çoxlarının məzarı isə hələ də bilinmir. Günümüzdə isə bu faciə haqqında əsasən “xalq düşmən”- lərinin özləri haqqında daha çox danışılır. Onların ailə üzvləri barəsində o qədər də yazılmayıb, çəkilməyib.
Bu zənciri 37-ci illərin ən yaxşı araşdırmaçılarından biri olan teatr rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə qırdı. Və 30-cu illər repressiyasına məruz qalmış, Azərbaycan qadınlarına həsr olunmuş “Kod adı: V.X.A.” tamaşası hazırladı. Rejissorun öz dili ilə desək “Bu, bir ithafdır! Bu, ən dəhşətli zamanda ləyaqətini qorumağın nümunəsidir”.
Bu tamaşa son dönəmlərdə Azərbaycan teatrında böyük bir HADİSƏ idi. Tamaşa repressiya qurbanlarından biri – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, tanınmış maarifçi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunub.
“Kod adı: V.X.A.” VƏTƏN XAİNLƏRİNİN ARVADLARI. Onlar kim idi? ərlərinə görə ən dəhşətli cəza çəkənlər. İyirmi altı min qadın haqsız yerə zülm çəkən binəva qadın! Tamaşada deyildiyi kimi “Sənin ən böyük günahın onun arvadı olmaqdır”.
Mehriban Ələkbərzadə müəllifi və quruluşçu rejissoru olduğu “Kod adı:V.X.A.” tarixi faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin ağrısı və acısını bəhs edən monumental tamaşa hesab etmək olar.
Tamaşa iyirmi altı min qadına həsr olunsa da, xüsusi simvolika ilə diqqət çəkir. Sürgünə aparılan vaqonda 37 qadın var. Bu 37 qadınların sırasında kimlər var? Əhməd Cavadın Şükriyyəsi, ictimai həyatda, fəal qadın Ceyran Bayramova, soveti qurub özü tələyə düşən Ayna Sultanova, Müşfiqin Dilbəri, Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Qayıbova və digərləri. Akomla bölgəsinə sürgünə gedən 37 qadın ilk an özlərini xoşbəxt hesab edirlər, amma sonrakı taleyindən xəbərsiz “xoşbəxt qadınlar” elə yerə gedirlər ki, necə deyirlər “Allahında yadından çıxan yerə”. Və səhnədəki obrazlar istintaq sənədlərinə əsasən 30024-Şükriyyə Axundzadə (Kəmalə Müzəffər), 2385-Ceyran Bayramova (Leyli Vəliyeva), 30037-Umgülsüm Sadıxzadə (Qəmər Məmmədova), 28965-Xavər Qarayeva (Şəfəq Əliyeva), 2496-Ayna Sultanova (Günel Məmmədova), 30418-İzzət Vəzirova (Gülər Nəbiyeva), 10506-Dilbər Axundzadə (Aygün Fətullayeva), 30419-Şövkət Məmmədxanova (Səbinə Məmmədzadə), 30415-Tamara Hüseynova (Asya Atakişiyeva), 1775-Zivər Əfəndiyeva (İlqarə Tosova), 30510-Panfiliya Tanalidi (Zülfiyyə Alhüseynova), 2239-Firəngiz Rzayeva (Mehriban Abdullayeva), 29954- Xədicə İzmayılova (Sevinc Əziz), 22482-Güllü Camalbəyova (Zemfira Əbdülsəmədova), 30789-Anna Kisilyova (Könül Əbilova), 30585- Sitarə Qarayeva (Nübar Novruzova), 30212-Xədicə Qayıbova (Fəridə Qurbanova), 23346-Kriminal avtoritet (Naibə Allahverdiyeva), 30418-Mariya Paşina (Təhminə Məmmədova), 82185-Yelizaveta Qorbunova (Yasəmən Məmmədova), 30221- Kövsər Seyidbəyli (Nəsibə Eldarova), 82231-Xədicə Kəngərlinskaya (Xalidə Əliməmmədova), 2385-Gülarə Qədirbəyova (Nuriyyə Əliyeva), 2334-Suğra İsazadə (Şəbnəm Hüseynova), 1314-Sənubər Eyyubova (Simuzər Ağakişiyeva), 29997- Natalya Talıblı (Mehriban Hüseynova), 30001-Məryəm Mirqədirova (İradə Rəşidova), 29998-Ruhiyyə Qurbanova (Güşvər Şərifova), 29981-Firuzə Eminbəyli (Gülbəniz Lətifova), 2230- Mədinə Qiyasbəyli (Hüsniyyə Əhmədova), 30610-Mələk Qədirli (Xəyalə Qasımova), 1746-Alyona Şaxova (Zümrüd Quliyeva), 29988-Nəimə Məmmədova (Aybəniz Heydərova), 30073-Anastasiya Qasımova (İlahə Əmirxanova), 30527-Fəridə Salamzadə (Nuranə Hüseynova), 10222-Səfurə Səlimova (Venera Abbasova).
Səhnədə 70 tanınmış simaları görürük. Kütləvi səhnələr, səhnə daima canlıdır, hərəkətlidir. Tamaşaçını yormur. Teatrda uzun illər ərzində əsas rollardan kənarda qalan, özünü göstərə bilməyən aktrisaların bir çoxu bu tamaşa da “baş rol”larını oynayırdı. Və beləliklə hər kəsə öz istedadlarını nümayiş etdirməyə meydan verilmişdi. Aktrisalar qəhrəmanlarının əzablarını canlandırırlar.
Onlarla yanaşı komissarlar (Rəşad Səfərov, Ədalət Əbdülsəməd), müstəntiqlər (Şövqi Hüseynov, İlham Əsədov, Vüqar Məmmədəliyev, konvoy rəisi (Yasin Qarayev), stansiya rəisi Vahid Orucoğlu, Qriqoryan (Elnur Kərimov), konvoylar (Elşən Şıxəliyev, Elnur Bəhramxan, Tahir İsmayılov, Yusif Dadaşov), NKVD işçiləri (Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov), nəzarətçilər (Elşən Hacıbabayev, Anar Seyfullayev, Aydın Dəmirov, Musatov (Ramil Məmmədov), Bakuyev (Nofəl Vəliyev), təchizatçı (Elgün Yəhyayev), serjant (Müşfiq Əliyev) aktyorların da işi mükəmməl idi. Hətta o qədər özlərini obraza hopdurmuşdular ki, xanımlara etdiklərini izlədikcə insanda QICIQ yaranırdı. Və oturduğun yerdə “insafın olsun o şilləni, təpiyi elə vurma” deyənlər də az deyildi.
Tamaşadakı bütün obrazların taleyi faciəvidi. Tamaşa zamanı ən dərinlikdə dayanan aktrisanın keçirdiyi mənəvi iztirabların ağırlığı asanlıqla duyulurdu. Və proses zamanı tamaşaçıda özünü həmin vaqonda, həmin ağrı-acını hiss edir. Sanki o qadınlarla birgə çörək, su istəyir, o vurulan təpiklər də sənə dəymiş, müstəntiqlərin kobud və insanlığa yaraşmayan hərəkətlərdən, suallardan özünü görürsən.
Tamaşada ən təsirli səhnələrdən biri isə Vaqon sakinləri Ceyran Bayramova Şükriyyə sürgün həyatına qədər bir-birilərini bəyənmirmişlər. Biri komsomolçu, biri isə bəy qızı. Qəribə də olsa onlar Akmolada görüşəndə düşmənçilik arxa plana keçib. O şərait, o dərd onları birləşdirib. Şükriyyə bir vaxtlar onu bəyənmədiyi qadını aclıqdan, zorlanmaqdan xilas edir. Sirrini onunla bölüşür, sancağını verib deyir: “barmağı deş və qanını sor, aclığa belə qalib gələ bilərsən”. Ən təsirli iki qadının zorlanmaqdan qorunması üçün sidik dolu vedrəni üzərlərinə tökməsi oldu. Və bu iki amil onları çox şeydən xilas etdi. Bu hərəkətlə aktrisalar əsil Azərbaycan qadının rəsmini cızdılar.
Mehriban Ələkbərzadə səhnə həllini yüksək səviyyədə həll edib. Yuxarıda sadaladığım kimi fiziki-mənəvi əziyyətlər görən qadınların əzablarını tamaşaya gətirmək, bu əzabları yaşamaq, bu əzabları yaşatmaq, hadisəni teatr səhnəsində dayanmadan canlı şəkildə göstərmək asan deyil. Həm mənəvi həmdə fiziki cəhətdən asan deyil.. “Kod adı “V.X.A.”da oyunçu heyəti və Mehriban Ələkbərzadə ustalıqla bacardılar.
Tamaşanın musiqisi daha çox faciəni, yer üzündə qadınların yaşadığı vəhşiliklərini xatırladır. Bəstəkar Azər Hacıəsgərlinin tamaşa boyu müxtəlif bəstələdiyi musiqiləri mizanlara, səhnədə gedən proseslərə uyğun seçilib və tamaşa boyu bir-birini tamamlayırdı.
Tamaşada səhnə tərtibatı rəssam Mustafa Mustafayevin rəssam düşüncəsi daha fərqli düşünülüb. Və rəssamın səhnədə gedən hadisələrin mahiyyətini dəqiq çözmüşdü.
Mehriban Ələkbərzadə bir insan, bir vətəndaş kimi bu tamaşanı hazırlamaqla çox insanların ruhunu şad etdi. Mən inanıram ki, onlar bir daha əmin oldular ki, biz onları UNUTMADIQ!
Bu tamaşanın ən böyük özəlliyi isə 37-ci illərin qadın dəhşətlərini, o dövrün ağrılı günlərini gənc nəslin bunu bilməsi, görməsi vacibliyidi… Bu tamaşa hər dəfə nümayiş olunanda, tam rahatlıqla demək olar “DAVAM EDİR 37”…
Turan Etibaroğlu