Qızdırma, baş ağrısı, səsin batması

Qızdırma, baş ağrısı, səsin batması

Böyük Britaniyada koronavirusun yeni ştammı – “Orthro” aşkar olunub.

Bu söz Yunan mifologiyasında “ikibaşlı it” anlamına gəlir.

Mütəxəssislərin fikrincə, “Kraken” ştammını əvəz edəcəyi gözlənilən “Orthro” mövcud variantlardan daha təhlükəli olmasa da, daha geniş yayıla bilər.

Sürətlə yayıldığı bildirilən bu yeni ştamm xüsusilə dekabr ayından etibarən Avropada varlığını hiss etdirməyə başlayıb.

“Omikron”un bir variantı olan “Orthro” və ya “Orthrus” ilk dəfə ötən ilin noyabrında Böyük Britaniyada aşkar edilib. Yanvar ayında bu ölkədə hər 5 yoluxmadan 1-i “Orthro” olub. Xəstəlik qızdırma, baş ağrısı və səsin batması kimi əlamətlərlə özünü göstərir. Daha ciddi bir xəstəliyə səbəb olacağına dair hələki hər hansı sübut yoxdur. Lakin tərkibində olan P681R mutasiyasının daha kəskin olduğu hallarda xəstəliyin ağır keçməsi mümkündür. Hazırda yüksək peyvənd nisbətləri səbəbindən bu ştamm riskli hesab edilmir.

Mənbə: Haber Global

Share: