İpoteka götürmək istəyənlərin nəzərinə!

İpoteka götürmək istəyənlərin nəzərinə!

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu yanvarın 24-ü saat 11:00-da başlayacaq.

Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.


Share: