Türkiyənin vitse-prezidenti 20 Yanvar şəhidlərini yad etdi

Türkiyənin vitse-prezidenti 20 Yanvar şəhidlərini yad etdi

Türkiyənin vitse-prezidenti Fuat Oktay 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı tviter hesabında paylaşım edib.

“33 il öncə qardaşımız Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi yad edirəm. Ağrıları hələ də ürəyimizi yandıran qəhrəmanlarımızın ruhu şad olsun, əziz Azərbaycanımız daim var olsun”, – deyə Fuat Oktay qeyd edib.


Share: