“O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü”.
“Qafqazinfo” xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, şübhəli şəxs dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışıb:
“Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı”.