Kriptovalyuta birjası Genesis müflisliyinin tanınması üçün müvafiq quruma müraciət edib. Təşkilatın rəhbərliyi isə biznesini satmağa hazırlaşır.
Maliyyə qurumu müştərilərə ödənişləri davam etdirə bilmir. Firmanın kreditorlara 3 milyard dollardan çox borcu var.
Şirkət rəhbərliyi uğursuzluğu kriptovalyuta sahəsindəki problemlərlə izah edir.
Qeyd edək ki, kriptovalyuta böhranı əvvəllər böyük FTX resursunun dağılmasına səbəb olub.
Mənbə: rueconomics.ru