Türkiyəli rejissor vəfat etdi

Türkiyəli rejissor vəfat etdi

Türkiyəli rejissor Yalçın Yelence 69 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, “Bizimkiler” və “Perihan Abla” kimi seriallar başda olmaqla bir çox layihənin rejissoru olan Yalçın Yelence müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yelence 1977-1983-cü illərdə “Perihan Abla”, “Bizimkilər”, “Yarı zarafat, yarı ciddi” və “Yaylar” kimi bir çox televiziya proqramlarına və filmlərə rejissor, ssenari müəllifi kimi imza atıb.

Rejissor “Qarsın Solğun Rəngi: Molokanlar” sənədli filmi ilə Doqquzuncu Qızıl Zəfəran Sənədli Film Müsabiqəsində peşəkar kateqoriya üzrə birinci yerə layiq görülüb.

Share: