Tavandan düşən “çağırılmamış qonaq” iclası bir-birinə qatdı

Tavandan düşən “çağırılmamış qonaq” iclası bir-birinə qatdı

Meksikanın Akapulko şəhərində şəhər şurasının iclası zamanı qəribə hadisə baş verib. Belə ki, tədbirin ortasında tavandan yenot düşüb.

“Çağırılmamış qonaq” yerli deputatların qışqırıqları altında özünü itirib və zalda vurnuxa-vurnuxa qalıb. Sonda yenot qapını tapa bilib.

Qeyd olunur ki, tavan panelinin arxasında onun daha bir yoldaşı görünüb, ancaq o, otaqdakı hay-küydən sonra “tədbirə qatılmaq istəməyərək” yoluna davam edib.

Mənbə: Daily Mail

Share: