İsveçin Baş naziri Ulf Kristersson Qurani-Kərimin yandırılmasını hörmətsizlik adlandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kristersson bununla bağlı tviter hesabında paylaşım edib.
“Bir çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara təəssüf hisslərimi bildirmək istəyirəm”, – deyə Baş nazir yazıb.
Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərim yandırılıb.