17 yaşlı oğlana çaqqal hücum edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonunun Bəhmətli kəndində baş verib.
Belə ki, kənd sakini 2006-cı il təvəllüdlü Qasımov Əkrəm Mahir oğluna çaqqal hücum cəkib və onun sol aşağı ətrafın baldır nahiyəsini dişləyərək xəsarət yetirib.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib, lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd vurulub.
Mübariz Muradov