Qadın sağalmaz xəstə əri ilə saziş bağlayaraq onu güllələyib

Qadın sağalmaz xəstə əri ilə saziş bağlayaraq onu güllələyib

ABŞ-nin Florida ştatının Dayton Biç şəhərində qadın sağalmaz xəstə ərinə onu güllələyəcəyini, sonra isə intihar edəcəyini vəd edib.

İnsident yerli xəstəxanaların birində yaşanıb.

Xəstəxana işçiləri hadisə yerinə polis çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi silahını aşağı salmağa razı sala biliblər və onu nəzarətə götürüblər.

Qadın ərinin səhhətində yaranan problemlərə görə təxminən 3 həftə əvvəl aralarında söhbət olduğunu bildirib. Söhbət əsnasında belə qərara gəliblər ki, əgər kişinin vəziyyəti pisləşməkdə davam edərsə, o zaman arvadı onu öldürəcək.

Polisin məlumatına görə, hadisə nəticəsində xəstələrdən və xəstəxana işçilərindən heç biri xəsarət almayıb.

Mənbə: lenta.ru

Share: