“Əgər vətəndaş yanlış hesablanmış pensiya alırsa, buna qədər pensiyanı hesablayan qurumlar vasitəsilə müəyyən mərhələlərdən keçir. Lakin vətəndaş bu pensiyanı təkbaşına geri qaytarır. Düşünürəm ki, bu işdə əli olan hüquqi şəxslər, əlaqədar dövlət qurumları da bu ödənişlərə cəlb edilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva deyib.
Komitənin sədri Musa Quliyev isə cavab olaraq bildirib ki, dövlət məmurunun səhlənkarlığı nəticəsində artıq hesablanmış pensiya vətəndaşa verilibsə, həmin məmurlar da məsuliyyətə cəlb olunacaq: “Amma pensiyanı vətəndaş alıb və xərcləyibsə, deməli, ödənişi də vətəndaş etməlidir”.
Zaur Mirzə