Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəldi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəldi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib

Kulis.az Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türk Tarix Qurumunun rəhbəri Birol Çətin ilə görüşüb.

Görüş zamanı Türk Dünyasının tarixi və mədəni irsinin qorunmasının, daha dərindən öyrənilməsinin və tədqiqinin əhəmiyyətinə toxunulub.

Tərəflər fəaliyyətlərinin oxşar istiqamətləri, o cümlədən ümumtürk irsinin bərpası yönündə təcrübələrini bölüşüb. Türk Tarix Qurumunun arxeoloji çalışmalara verdiyi dəstək, eləcə də Fondun müxtəlif xarici ölkələrdə məskunlaşmış azsaylı türk etnik kökənli xalqlarla bağlı layihələri yüksək qiymətləndirilib. Bildirilib ki, Fond ilə Qurumun birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr, Türk xalqlarının qədim mədəniyyətinin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcəkdir.

Görüş qarşılıqlı əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.

Görüşün sonunda Birol Çətin Fondun prezidentinə Türk Tarix Qurumunun bir sıra nəşrlərini təqdim edib.

Share: