ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olan polad və alüminium barədə çoxdan gözlənilən qərarı qəbul edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, ölkəyə idxal olunan polad və alüminium üçün Meksika və Kanada istisna olmaqla digər ölkələrdən gömrük vergisi tətbiqinə başlanılıb.
Beləliklə, ABŞ-a polad idxal edən ölkələr 25 faiz, alüminium idxal edən ölkələr isə 10 faiz gömrük vergisi ödəyəcəklər.
Qeyd edək ki, Avropa Birliyi bu qərarın təsdiqlənəcəyi halda ABŞ-a sanksiyaların nəzərdən keçiriləcəyini bildirmişdi. Tramp isə daha sərt açıqlama verərək, iqtisadi müharibəyə hazır olduğunu qeyd etmişdi.
Orxan