ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu qəti şəkildə pisləyib.
Oxu.Az xəbər verir ki, Buyar Osmani bu barədə “Twitter” hesabında yazıb.
O, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb. “Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, – ATƏT sədri qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Strongly condemn tdy’s attack on the Embassy of #Azerbaijan in #Tehran & call for accountability of the perpetrators. Attacks against diplomatic missions are unacceptable. Condolences to the family of the victim and wishes for swift recovery to the injured@AzerbaijanMFA
— Bujar Osmani (@Bujar_O) January 27, 2023