FIFA Uruqvay millisinin dörd futbolçusunu cəzalandırdı

FIFA Uruqvay millisinin dörd futbolçusunu cəzalandırdı

FIFA-nın İntizam Komitəsi Uruqvay millisinin 4 futbolçusunu cəzalandırıb.

Ali futbol qurumunun rəsmi saytında verilən məlumata görə, qapıçı Fernando Muslera və müdafiəçi Xose Mariya Ximenes 4, hücumçu Edinson Kavani və digər arxa xətt oyunçusu Dieqo Qodin isə 2 matçlıq diskvalifikasiya olunublar.

Buna sözügedən futbolçuların Qətərdə keçirilən dünya çempionatında Qana yığmasına 2:0 hesabı ilə qalib gəldikləri H qrupunun III tur oyununda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışa yol vermələri səbəb olub.

Almaniyalı rerinin bəzi qərarlarından narazı qalan oyunçular final fitindən sonra onun üzərinə hücum çəkiblər. Mühafizəçilər futbolçuları çətinliklə sakitləşdiriblər.

Məsələni araşdıran FIFA həmçinin, onları 15 – 20 min İsveçrə frankı məbləğində cərimələyib.

Share: