Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili müsahibəsində deyib.
O bildirib ki, başına gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq mesajdır:
“Gürcüstan hökuməti Rusiya üçün beynəlxalq sanksiyalardan yan keçmək üçün faydalı alətdir. Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhvi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər.
Rusiyadan başqa heç bir ölkə mənə qarşı irəli sürülən ittihamları tanımayıb. Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub”.