Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi

Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov təyinat alıb.

Məlumatı DİN Mətbuat Xidmətinin Şöbə rəisi Elşad Hacıyev saytımıza təsdiq edib.

Amin Nəzərli


Share: