Adına İslam Respublikası deyilən İran adlı qonşu ölkədə baş verənlər təəccüb və təəssüf doğurur.
Dünyada yeganə ölkədir ki, din pərdəsi altında bu qədər pərdələnə bilir və dindaşlarına, soydaşlarına mənsub olduğu dinin ideyalarına zidd olaraq əzab və işgəncə verməkdə birinci sırada durur.
Əlbəttə elə bu əməl bayrağına müqəddəs Allah sözü yazdıran qonşu dövlətin Allahsızlığından bəhs etməyə dəyər. Əlbəttə, bu həm hiyləgər dövlətdən həm təəssüf, həm də təəccüb doğurmaya bilmir. Dünyanın ən ali dini olan İslam dininə İran dövləti qədər başaşağılığ gətirən ikinci ölkə tanınmır. Bu ölkənin dini rəhbərlərinin, ağızlarından ehsan bozbaşının iyi gələn ayətullalarının yürütdüyü siyasətin təkcə bir adı var: biabırçılıq!
Ali dinimizin adını mənimsəyərək dinimizin aşıladıqlarının əksinə hərəkət etmək, sanki, üzlərinə niqab kimi çəkərək islama zidd hərəkətlər etmək İslama düşmən olan qüvələrin təhriki ilə baş verir.
Hər halda bayraqlarında Allah sözü yazılan bir dövlətin molla rejminə elə O Allahın özü qənim olacaq.
İslam pərdəsi arxasında niqablanaraq kufara sahib çıxmaları, dünyanın terrorla mübarizə apardığı bir zamanda terrora hə deməsi, dediyimin sübutudur.
Azərbaycana qarşı illər boyu düşmənçilik aparan Ermənistana dəstək durması da heç kəsə sir deyil. Özləri də bunu etiraf edir.
Erməni liderləri ilə səmimi görüşlər, uzun illər işğal olunan Azərbyacan torpaqlarının yağmalanmasında onlarla birgə əməli iş qurmaq sadəcə həm acgözlük, həm də şərəfdən nuzaq olmaqdır ki, bunu mollalardan gördük.
İran heç vaxt haqqın tərəfində dayanmadı, ədalətsiz və insani keyfiyyətlərddən uzaq olan bir mövqe sərgilədi Azərbaycanla bağlı yürütdüyü siyasətdə.
Təəssüflənməmək olmur. Əlbəttə ki, təkcə ona görə təəssüflənmək yox ki, dini, təriqəti bir olan qonşumuz bizə qarşı çıxır, həm də ona görə təəssüf doğurur ki, bütün bu olanlar dünyada İslam dinini gözdən salır, bu dinin sülh tərəfdarı deyil, qan həvəskarı olması həqiqətini aşılayır. Başa əmmamə qoymaq, saqqal saxlamaq, təsbeh fırlatmaq, siğni dövlət siyasətinə qədər qaldırmaq müsəlmançılıq deyil, gərək bunu biləydilər.
Sözssüz ki,İranın ölkəmizə qarşı təxribatları isə bitmək bilmir. Bütün imkanlardan istifadə edərək ölkəmizdə qarşıdurmaya, sabitliyin pozulmasına, milli birliyə, tolerantlığa zərbə vuracaq addımlar atır. Respublikamızın ərazisinə narkotik maddələrin daşınmasında yeganə yol da məhz İrandan başlayır. İranın maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımlar barədə dəfələrlə yazılıb, televiziyalarda verlişlər hazırlanaraq nümayiş olunub. Amma, gizləndikləri pərdənin arxasındakı əməlləri aşkarda yalandan danışdıqlarından daha da təsirliliyi ilə saxalmaz epidemiya xəstəliyi kimi insanlığı məhv edir.
Azərbaycan Respublikasının DTX, DİN, DSX və digər strukturları İran İslam Respublikasının ölkəmizin ərazisində, dövlət sərhəddində və müxtəlif strateji obyektlərdə onlarla əməliyyat keçirib, bu insanları ifşa edib.
Bu mövzu bitib tükənən deyil. Nə qədər ki, İran bu gün dünənindən dərs alaraq anti Azərbaycan, anti Türk, anti Müsəlman hərəkətlər edəcək, çirkin siyasət yürüdəcək, məhvə məhkum, parçalanmaya, labüd olacaq. iBu parçalanmanı İranın daxilində də, xaricində də istəyən qüvvələr yetərincədir. Səbəb də İran dövlətini idarə edən Molla rejmidir…
40 milyona yaxın soydaşımıza məhz türk olduğuna görə divan tutan İranın iyrənc siyasəti əsl faşist rejmidir, desək ifrata varmarıq.
Azərbaycanın Ermənistana qarşı apardığı ədalətli 44 günlük Vətən müharibəsində qalib gəlməsi İranı daha çox vahiməyə saldı. Dini kuffar dini olsa da, əqidə və türkə münasibətləri bir olan ermənilərin müharibəni uduzması müsəlman qonşumuza vurulan sarsıdıcı zərbə kimi yaddaşlara hopdu. Fransa, Rusiya, Amerika və digər xristian dövlətləri kimi, İran da ermənilərə dəstək oldu, onları ərzaq, silah sursat və digər ləvəazimatlarla təmin etdi. Böyük Azərbaycanın cənubunda, İran adlanan məmləkətin inzibati ərazisinə daxil olan yurdda yaşayan soydaşlarımızın bu kömək həmləsinin qarşısını alması isə, İranın molla rejmini daha çox pəjmürdə etdi. İranın ən böyük qorxusu da məhc Azərbaycan türkünün bi ramal uğrunda mübarizə aparmasıdır. Bu millətin son 1 əsrdə neçə dəfə üsyan edərək özlərinin azadlıqlarını tələb etməsi İranın bu gün keçirdiyi ən böyük təlaşdır.
Terrora əl atırlar. Bunun üçün ütün vasitələrdən istifadə edirlər. Səfirliyimizə edilən terror aktını isə məişət zəmninə endirmək cəhdi İran siyasi rəhbərliyinin, dini rəhbərliyinoin ən urvatsız, gülünc doğuracaq cəhdidir.
Terrorçunu həbs etmək əvəzinə ondan müsahibə götürürlər, kamera qarşısında oturdurlar. Guya ki, arvadı ilə uzun sürən hicrana dözə bilmyən bir adamın şəxsi zəmində törətdiyi hadisədir. Ayıbdir! İndi dı 1-2 iynə vurub xstəxanaya yerləşdirdikləri haqda məlumatlar yayılır, guya ki, terrorçu şəxs, əslində ruhi xəstədir.
İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının da gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması haqda da dəqiq məlumatlar var. Buna nail olmaq üçün, vətəndaşlarımızın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması ilə nail olurlar.
Əlbəttə ki, vətəndaşlarımızın həssas tərəflərindən nistifadə edirlər, özləri pərdələnsələr də dinimizin müqəddəs, ali ideyalarından məkrlə istifadə edir onlardan tərəfdaşları kimi yaralanmağa cəhd edirlər, bəzən də nail olurlar. Elə olmasa idi, şantaj və hansısa maraq daxilində ələm ala bildikləri casuslar tərəfindən Sosial şəbəkələrdə İran ideologiyasının təbliğinə də bu qədər təsadüf etməzdik.
Hər şey göz önündədir. Aşkar görünən odur ki, İran-Ermənistan qardaşlığı əsl müsəlman qardaşlığına qalib gəlmək üçün bütün iyrənc siyasi gedişlərə əl atır. İnanırıq ki, bunların heç biri gerçəkləşməyəcək. İnşallah, İranda yaşayan soydaşlarımız da özlərinin müqəddəratını həll edəcək və dövlətlərini quracaq.
Faiq Balabəyli