Kulis.az dahilərin aforizmlərini təqdim edir.
1. Lao Tsu: Bilənlər danışmır, danışanlar bilmir.
2. Sokrat: Hər şeyin müvəqqəti və fani olduğunu unutma. Xoşbəxt olanda çox sevinmə, əzab çəkəndə çox üzülmə.
3. Milan Kundera: Qorxunun mənbəyi gələcəkdədir, kim özünü gələcəkdən təmizləyirsə, narahatlığı yoxdur.
4. Sándor Márai: İnsan tədricən dünyanı anlamağa başlayır və sonra ölür.
5. Avqustin: Başqalarında alovlandırmaq istədiyiniz şey özünüzdə od tutmuş olmalıdır.
6. Milan Kundera: Cənnət həsrəti, insanın insan olmaq həsrətidir.
7. Artur Şopenhauer: Düşüncələr sözdə təcəssüm olunan kimi ölür.
8. Çexov: Qısaca ifadə edə bilmək istedadın qardaşıdır.
9. Lao Tsu: Ən yaxşısı bilmədiyinizi bilməkdir. Bilmədiyiniz halda bildiyinizi düşünmək təhlükəli bir xəstəlikdir.
10. Mövlananın arvadına xitabı: Sən mənim bu günümə şükrüm, sabahım üçün duam, azlarla razılığım, çoxlarına tamah etmədiyimsən.
11. Albert Eynşteyn: Həyatı yaşamağın iki yolu var. Birincisi, heç bir şeyin möcüzə olmadığını düşünmək, digəri isə hər şeyin möcüzə olduğunu düşünməkdir.
12. Jan-Pol Sartr: Mən özüm deyiləm, amma olmaq istərdim.
13. Jean Baudrillard: Biz nə istədiyimizi bilmirik, amma başqasının istədiyini istəyə bilirik.
14. Abraham Linkoln: Əgər bir insanın xarakterini bilmək istəyirsinizsə, onu əmr sahibi edin.
15. David Carradine: Şair ola bilmirsənsə, şeir ol.