“Gündəlik pəhrizinizə tərəvəz və meyvələr əlavə etmək vacibdir, bu, bədəndən artıq mayenin çıxarılmasına kömək edəcəkdir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu diyetoloq Daria Rusakova deyib.
Diyetoloqun sözlərinə görə, tərkibində yüksək miqdarda kalium olan qidalar şişkinlikdən qurtulmağa kömək edir:
“Bir qayda olaraq, sidikqovucu təsiri olan məhsullar ödəmi aradan qaldırır. Onlar kaliumla zəngindir. Bunlar xiyar, şirin bibər, təzə ərik və qaysı kimi tərəvəz və meyvələrdir”.
O əlavə edib ki, kalium yaşıl çay və qəhvədə də var. Eyni zamanda, duz çox olan qidaları diyetdən xaric etmək vacibdir.