Qarışıq döyüş növləri (MMA) üzrə sabiq çempion Konor Makqreqor yenidən UFC yarışlarına qatılacaq.
Bu açıqlama ilə UFC-nin prezidenti Deyna Uayt çıxış edib.
O vurğulayıb ki, K. Makqreqor və Maykl Çandler əvvəl bir-birinə qarşı məşqçi kimi mübarizə aparacaqlar. Mövsümün sonunda isə 34 yaşlı irlandiyalı ilə 36 yaşlı amerikalının təkbətək döyüşü olacaq.
Lakin UFC prezidenti döyüşün hansı tarixdə baş tutacağını bildirməyib.
Mənbə: TASS