Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov barəsində sosial şəbəkədə döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında paylaşım edib.
“Dünən Moskvada bir dəstə əli silahlı naməlum şəxslər çıxış edəcəyim məscidə qarşısına gələrək, mənim İmam Əlinin (ə) mövlud günündə iştirakıma mane olmaq istəyiblər. Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin əli silahlı dəstə qarşıma çıxıb içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı” – Taleh Əsədov bildirib.
O bildirib ki, insident zamanı döyülməyib, ona hər hansı xəsarət yetirilməyib.