Azərbaycanın 10 güləşçisi mübarizəyə qoşulur

Azərbaycanın 10 güləşçisi mübarizəyə qoşulur

Bu gün Xorvatiyada keçirilən “Zaqreb Open” turniri başa çatacaq.

“Qafqazinfo” xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha 10 yunan-Roma güləşçisi mübarizə aparacaq.

1/16 finaldan mübarizəyə qoşulacaq Nihat Məmmədli (60 kq) litvalı Custas Petraviçyusla qarşılaşacaq. Bu cütün qalibi növbəti raundda digər təmsilçimiz Murad Məmmədovun rəqibi olacaq.

Ülvü Qənizadə (70 kq) 1/16 finalda çexiyalı Yiri Kapeklə üz-üzə gələcək. Bu cütün güclüsü 1/8 finalda Mateuş Bernateklə (Polşa) güləşəcək.

Tuncay Vəzirzadə (82) 1/8 finalda İran təmsilçisi Peyman Postamla qarşılaşacaq.

97 və 130 kq çəki dərəcələrinin hər birində yığma 3 pəhləvanla təmsil olunacaq. 97 kq-da Zamir Maqomedov və Murat Lokyayev 1/16 finalda müvafiq olaraq Mindauqas Vençkaitis (Litva) və Kiril Milovla (Bolqarıstan) qarşılaşacaqlar. Arif Niftullayev isə 1/8 finalda Gerard Kurniçzak (Polşa) – Lukas Şeridan (ABŞ) cütünün qalibinə rəqib olacaq.

130 kq çəkidəki güləşçilərdən Sabah Şəriəti 1/16 finalda italiyalı Danila Sotnikovla üz-üzə gələcək. 1/8 finaldan yarışa qoşulacaq Beka Kandelaki İsveçrə təmsilçisi Delian Alişahi ilə görüşəcək. Sərxan Məmmədov isə Dariuş Vitek (Macarıstan) – Linze Menq (Çin) cütünün qalibini gözləyir.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.


Share: