“Vəziyyət gərginləşir” — Zelenski

“Vəziyyət gərginləşir” — Zelenski

“Ukraynanın şərq cəbhələrində vəziyyət gərginləşir”.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Ukrayna qoşunları Donetskin Baxmut, Vuhledar və Lymanda şəhərlərində çox çətin vəziyyətlə üzləşiblər.

Həmçinin, Böyük Britaniyanın Müdafiə Nazirliyi vurğulayıb ki, ukraynalı əsgərlər çətin istiqamətdə olan Baxmutda təcrid vəziyyətinə düşürlər.

Qeyd edək ki, Rusiya qüvvələri aylardır, Baxmuta nəzarəti ələ keçirməyə çalışır.


Share: