Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Məlumata görə, araşdırmalarla Elcan Cəfərovun özünə məxsus VAZ markalı avtomobillə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi, digər hərəkət iştirakçılarına təhlükə yaratması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq, konstruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

 

Share: