Klublararası dünya çempionatının 1/2 finalında Braziliyanın “Flamenqo” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivi ilə qarşılaşıb.
Görüş gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, ərəb komandası ilk hissənin sonlarından azlıqda qalan braziliyalıları 3:2 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırıb və finalda iştirak etmək hüququ qazanıb.
Digər yarımfinalda isə “Real Madrid” sabah Misirin “Əl-Əhli” komandası ilə mübarizə aparacaq.
Xatırladaq ki, turnir Mərakeşdə keçirilir.