İlber Ortaylı tikinti şirkətlərinə zəlzələ çağırışı edib.
Kulis.az xəbər verir ki, tarixçi Prof. Dr. İlber Ortaylı sosial media hesabından Kahramanmaraş zəlzələsi ilə bağlı bu açıqlamanı verib:
* Şübhəsiz ki, hazırda ən çox iş və məsuliyyət böyük tikinti şirkətlərindədir. Türkiyə tikinti sənayesinin inkişafı üçün böyük səylər göstərmişdir. Bütün sərvətimiz orada cəmləşib. İndi hər kəs millətə borcunu ödəməlidir.
* Bəzi şirkətlərimiz fəaliyyətə başlamışdır, lakin onların sayının az olduğunu düşünürük. Bütün imkanları ilə zərurət yaranarsa, ölkənin başqa yerlərindəki tikinti işlərindən əl çəkib, öz dəyərli kadrlarını, texnikasını və digər texniki vasitələrini o bölgəyə göndərsinlər.
* Onlar yəqin ki, yardım qruplarından, vətəndaş təşkilatlarından və ya xarici şirkətlərdən, xilasetmə qruplarından daha çox coğrafiya və məmləkəti tanıyırlar. Giriş şərtləri daha yüksək olmalıdır. Bunun üçün də ilk olaraq oradan dəstək gözləyirik. Allah hamımıza kömək olsun.