İstanbul birjasında əməliyyatlar dayandırıldı

İstanbul birjasında əməliyyatlar dayandırıldı

Türkiyənin İstanbul Fond Birjası (“Borsa İstanbul”) müvəqqəti olaraq əməliyyatları dayandırıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, günə cüzi enişlə başlayan birja qısa zamanda ağır itkilərlə üzləşib.

7%-lik itkidən sonra isə “Borsa İstanbul” rəhbərliyi əməliyyatların dayandırıldığını açıqlayıb.

İstanbul birjasının “BİST 100” indeksi 7,09 faiz azalaraq günü 4186 bəndlə bağlayıb. Birjada 11 səhm bahalaşarkən, 457 səhm ucuzlaşıb.


Share: