Kəramət Böyükçöl, yazıçı
Yazıçı Kəramət Böyükçöl Türkiyədə baş verən zəlzələnin fəsadlarından əziyyət çəkən insanlara dəstək məqsədilə kitablarını satıb.
Kulis.az xəbər verir ki, kitablarının satışından qazanacağı pulu Türkiyəyə göndərəcəyini deyən yazıçı özü bu haqda sosial şəbəkə hesabında bunları yazıb:
“Bu gün Türkiyədə zəlzələrən əziyyət çəkənlərə maddi yardım, daha çox isə mənəvi dəstək məqsədi ilə parkda öz kitablarımı satdım. İndi Türkiyə səfirliyinin yaydığı hesab nömrəsinə 1000 AZN köçürməyə gedirəm. Çeki də paylaşacağam. Maddi gücüm 1000 manata çatdı, Türkiyəyə qardaş sevgim isə sonsuzdur. Kitab almağa gələnlərin hər birinə təşəkkürümü bildirirəm”.