Sunak tələbələrlə birlikdə zəlzələ qurbanları üçün yardımları qablaşdırdı

Sunak tələbələrlə birlikdə zəlzələ qurbanları üçün yardımları qablaşdırdı

İngiltərə Baş naziri Rişi Sunak, “University College London” Türk Tələbə Birliyinin Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb və tələbələrə yardım materiallarını yığmağa kömək edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şagirdlərə çeşidlənmə və qablaşdırılmaya kömək edən Sunak, həmçinin papaq, şərf və adyal yardımı da edib.

Baş nazir zəlzələdən təsirləndiyini qeyd edib:

“Faciənin miqyasını anlamaq həqiqətən çətindir. Bir ata olaraq övladlarını dağıntılar altından çıxarmağa çalışan ailələri seyr etmək həqiqətən ürək ağrıdır. Türkiyəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”.


Share: