Fransanın paytaxtı Parisin cənub-qərbində naməlum şəxs evin eyvanından atəş açıb.
Hadisə şəhərin 15-ci məhəlləsində baş verib.
Naməlum kişi Sen-Aman küçəsindəki mənzilinin eyvanından yeddi dəfə atəş açıb. Hadisənin təfərrüatları açıqlanmır.
Polis küçəni mühasirəyə alıb və insanları ərazidən uzaq durmağa çağırıb.
“Polisin müdaxiləsi davam edir. Təhlükəsizlik perimetri yaradılıb. Bu sektordan uzaq durun”, – deyə polisin “Twitter” hesabında qeyd edilib.
Mənbə: TASS