Azərbaycanlı xilasedicilər 15 yaşlı qızı belə qurtardı — Video

Azərbaycanlı xilasedicilər 15 yaşlı qızı belə qurtardı — Video

Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, növbəti xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda 105 saat dağıntılar altında qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Share: