Britaniya Aİ ilə münasibətləri bərpa edir

Britaniya Aİ ilə münasibətləri bərpa edir

Böyük Britaniyanın baş naziri Rişi Sunak nazirlərdən və rəsmilərdən ölkənin Avropa İttifaqı ilə əlaqələrini bərpa etmək üçün plan hazırlamağı xahiş edib.

Məlumata görə, söhbət müdafiə, miqrasiya, ticarət, enerji və beynəlxalq standartlar sahələrində daha sıx əməkdaşlıqdan gedir.

Bildirilir ki, Böyük Britaniya tezliklə Aİ ilə Şimali İrlandiya üçün ticarət sazişlərinə dair uzun müddətdir davam edən mübahisə ilə bağlı qərarını elan edə bilər. Sunakın komandası bunu Brüssel və London arasında münasibətlərin yaxşılaşdırılması üçün əsaslardan biri hesab edir.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) hər il ölkə iqtisadiyyatına 100 milyard funt-sterlinqə (124 milyard dollar) başa gəlir.

Mənbə: rbc.ru

Share: